15 Fevral 2018 15:22
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüfət Rüstəmzadə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzayıb.

Rüfət Bünyat oğlu Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.

Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.

2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər