15 Fevral 2018 17:59
2 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Ceyms Mettisin türkiyəli həmkarı Nürəddin Canikli ilə görüşündə “PKK ilə mübarizədə PYD-dən istifadə edək” təklifinə Ankaranın cavabı gecikməyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ danışıb:

“PYD/YPG terror təşkilatlarıdır və PKK tərəfindən qurulub idarə edilir. PKK bu gün də Türkiyəyə qarşı onlarla bərabər fəaliyyət göstərir. Amerika qəbul etsə də, etməsə də həqiqət budur”.

Bozdağ bildirib ki, əgər ABŞ Türkiyənin sözlərinə inansa, bu günə qədərki bütün səhvlərdən canını qurtaracaq:

“Əgər inanmazsa, terror təşkilatını dəstəkləməyə davam edəcək. Biz isə Suriyada geri çəkilmək niyyətində deyilik. Bu, mümkün deyil”.


Müəllif: Samir

Oxşar xəbərlər