19 Fevral 2018 00:28
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması Dağıstanın Kizlyar şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Röyter agentliyi xəbər verib.

Qeyd edək ki, bazar günü Dağıstanın Kizlyar şəhərində 22 yaşlı oğlan provaslavların dini mərasiminə qatılan insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Silahlı öldürülüb.

Dağıstan polisi "iki və daha çox şəxsin öldürülməsi", "Hüquq mühafizə orqanlarının əməkdaşlarının həyatına qəsd" maddələri üzrə cinayət işi açıb.


Müəllif: Teleqraf.com