Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 32-ci günündə gedən döyüşlər nəticəsində 65 terrorçu öldürülüb, 9 kənd azad edilib.
Bununla da əməliyyatların başlandığı gündən bu yana məhv edilən terrorçuların sayı 1780-ə çatıb.