27 Fevral 2018 00:13
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyalı qardaşlarımız “Zeytun budağı” əməliyyatının uğurla davam etməsi nəticəsində təzyiq və zülmdən qurtuldu, terrorçulardan təmizlənən bölgədə yaşayan insanlar təhlükəsiz şəkildə evlərinə geri qayıtmağa başlayıb.

Teleqraf.com Türkiyə KİV-inə istiandla xəbər verir ki, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akar Suriya ilə sərhəddəki Hatay bölgəsinə səfəri zamanı səsləndirib. O, bildirib ki, Afrindəki terrorçular və onlara dəstək verənlər Türkiyə ordusu tərəfindən layiqli cavablarını alacaqlar.

Generallar Yaşar Gülər və Həsən Kiçikakyüzlə birgə Hataya gələn Baş Qərargah rəisi Reyhanlı, Hassa və Qırıqxan rayonlarındakı sərhəd birliklərinə nəzarət edib, “Zeytun budağı” əməliyyatı barədə son məlumatlar əldə olunub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər