Türkiyədə 55 yaşlı azərbaycanlı Sevda Orucova Afrində “Zeytun budağı” hərəkatında şəhid olan türk hərbçilərin ruhuna ehsan verib.
Teleqraf.com “Hürriyət” qəzetinə istinadla xəbər verir ki, ehsan Balıkəsir əyalətinin Ayvanlık rayonunun Altınova məhəlləsində Cümə namazından sonra verilib.
Məlumata görə, qadın bu məhəllədə dönərxanada işləyir və 26 ildən çoxdur burada yaşayır.
Sevda Orucovanın sözlərinə görə, o, Azərbaycandan gəldikdən sonra müxtəlif yerlərdə işləyib:
“Kafe açmışdım. 3 il sonra onu bağladım və indi qonşum olan Hasan Ərkişinin dönərxanasında işə başladım. Buranın camaatı məni heç vaxt yad hesab etməyib.
Bütün şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə səbr versin. Allah dövlətimizə və hərbçilərimizə güc versin”.