VI Qlobal Bakı Forumu Azərbaycanın inkişafının ən yaxşı sübutudur. İnanıram ki, bu forum dünyadakı bir çox problemin həllinə dəstək olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş Xarici İşlər nazir Hikmət Çətin jurnalistlərə açıqlamasında deyib.
H.Çətin dünyada problemlərin həlli üçün insanların işbirliyində olmasının mütləq şərt olduğunu deyib: “Bu foruma 400-dən çox insan toplanıb və dünyanı nararat edən qlobal problemi müzakirə edir. Ümid edirəm ki, burada danışılanlar dünyaya səs salar. Bu gün əslində dünyada vəziyyətin yaxşılığa doğru inkişaf etdiyini deyə bilmərik. Çünki sözün həqiqi mənasında sülh yoxdur. Əslində, insanların gələcəyə doğru işbirliyində olması mütləqdir. Bunun üçün böyük dövlətlərin üzərinə yük düşür. Onlar kimi necə yox edərik deyil, bəşəriyyəti necə irəli apara bilərik deyə çalışmalıdırlar. Azərbaycan dünyadakı sülhə dəstək olmağa çalışır”.
Dağlıq Qarabağ probleminin həllinə toxunan H.Çətin forumda iştirak edən dünya liderlərini bu istiqamətdə işbirliyinə səslədi: “Azərbaycanın Qarabağ problemi illərdir davam edir. BMT, Avropa Birliyi səviyyəsində Qarabağın Azərbaycan torpağı olduğu deyilir. Dünyanın buna gücü yetmədiyini deyə bilmərik, sadəcə etmək istəmir. Beynəlxalq birlik gücündən istifadə etsə, bu problemin həll edə bilər. Bu dondurulmuş problem olaraq qalır. Ümid edirəm ki, bura gələn liderlər bu problemin həllinə töhfə verəcəklər. Bu problemin həllinə inanıram və barış üçün həllin vacib olduğunu düşünürəm. Türkiyə olaraq bu gün də bu məsələnin həllində Azərbaycanın yanındayıq”.