16 Mart 2018 23:59
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Afrin bölgəsində PKK terrorçularının evlərdən birinə yerləşdirdiyi minanın partlaması nəticəsində ana və 5 övladı ölüb.

Teleqraf.com xəbər verir ki, Afrini tərk etmiş 17 nəfərlik ailə Türkiyə ordusu tərəfindən terrorçulardan təmizlənən kənddəki evlərinə dönmək istəyib. Güclü yağış səbəbindən ailə yol kənarındakə boş evlərdən birinə sığınıb və bu zaman otaqlardan birinə yerləşdirilmiş mina partlayıb. Nəticədə ana və övladları ölüb.

1 nəfər dağıntılar altında qalıb, 5 nəfər yaralanıb. Yaralılar Azez xəstəxanasına çatdırılıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər