Suriyanın Afrin şəhərinin bir kilometr kənarında terror təşkilatı PKK/PYD-nin yer altına gizlədilən silah anbarı aşkarlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 9 hisssədən ibarət anbarda bir şəhəri havaya uçurdacaq qədər partlayıcı və silah-sursat olub.
Ərazidəki təhlükəsizlik xidməti əməkdaşları tapılan partlayıcıların şəhərin müdafiəsi və əməliyyatın uzadılması zamanı Fərat hücumlarında istifadə olunacağını açıqlayıblar.
Silah anbarı qalın beton divarlardan düzəldilib. Anbarın tapılması uzun müddət aparılan araşdırma nəticəsində mümkün olub.