19 Mart 2018 11:32
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” hərəkatını həyata keçirdiyi Suriyanın Afrin bölgəsində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, partlayış 4 mərtəbəli yaşayış evində meydana gəlib.

Olay zamanı 7-si dinc sakin, 4-ü Azad Suriya Ordusu döyüşçüsü olmaqla 11 nəfər həlak olub.

Məlumatlara görə, hadisəyə PKK terrorçularının binada quraşdırdığı partlayıcı qurğu səbəb olub.


Müəllif: Samir

Oxşar xəbərlər