Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsində vətəndaşlar, maraqlı tərəflər və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü - vətəndaş forumu və hüquqi maarifləndirmə tədbiri keçirilib
Komitədən Teleqraf.com-a verilən məlumata görə, “Açıq qapı” gününün təşkilində başlıca məqsəd ictimaiyyəti müasir əsaslarla qurulmuş daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, vətəndaşlara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək, vətəndaşların və KİV nümayəndələrinin bu istiqamətdə suallarını cavablandırmaqdır.
Qeyd edək ki, komitə tərəfindən bu tədbir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib.