Türkiyənin hər an girə biləcəyi Suriyanın Menbic şəhərində YPG terrorçuları əllərində silah pasport nəzarəti xidməti həyata keçirirlər.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın "Associated Press" (AP) agentliyində dərc edilmiş "Türkiyə tərəfindən təhdid edilən, ABŞ-ın qoruduğu Suriya şəhəri" başlıqlı məqalənin fotoları şəhərdə terrorçuların sərbəst hərəkət etdiyini təsdiqləyir.
YPG 2016-cı ildə İŞİD-i Menbicdən uzaqlaşdırdıqdan sonra şəhərə nəzarəti ələ alıblar.
Türkiyə Milli Təhlükəsizlik Şurası YPG çəkilməyəcəyi təqdirdə Menbicdə hərbi əməliyyatların aparılacağının anonsunu verib.