Ermənistanda yerləşən Rusiya hərbi hissələrinə həyəcan siqnalı verilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Cənub Hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.
O bildirib ki, həyəcan təlim məqsədi daşıyır:
“Təlimlər Alagöz (Abaran) poliqonunda keçiriləcək və bir həftə davam edəcək. Təlimlərdə mindən çox rus əsgəri və 300 zirehli texnika iştirak edir”.