12 Aprel 2018 11:11
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Azərbaycanda demokratik standartların yaradılmasına doğru irəli atılan bir addım idi.

Teleqraf.com xəbər verir ki, bunu Fransa müşahidəçilər qrupunun nümayəndəsi Mişel Teğo prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki günü Bakıda və ətraf rayonlarda səsvermənin gedişini izləyiblər: "Müşahidələrimiz deməyə əsas verir ki, səsvermənin təşkili Qərb demokratiyasında mövcud olan standarlara cavab verir. Seçki qanunvericiliyə uyğun olaraq keçirilib. Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçicilərə heç bir kənar təzyiqin olmadığını bildirdilər. Namizədlər öz platformalarını heç bir məhdudiyyət olmadan ifadə edə bilirdilər".

Beynəlxalq müşahidəçi qeyd edib ki, seçkilər tam şəffaf keçirilib: "Bu seçki Azərbaycanda demokratik standartların yaradılması istiqamətində atılan bir addım idi".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər