Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında həmrəylik aksiyası keçirilib.
Aksiya iştirakçıları Yerevanda keçirilən etiraz aksiyalarının iştirakçılarına dəstək ifadə ediblər. Etirazçılar Ermənistan hakimiyyətini öz vətəndaşlarına qarşı güc tətbiq etməməyə çağırıblar.
Aksiya iştirakçıları Yerevandakı proseslərin ölkədə demokratiyanın qurulması üçün zəmin olacağına ümidvar olduqlarını bildiriblər.
\APA\