Azərbaycanda media kimi sosial şəbəkələrin də azadlığı dövlətin əsas istiqamətlərindəndir. Amma indiki məqamda nəzarət mexanizmi vacibdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova ombudsman Elmira Süleymanovanın Azərbaycanda sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsi mexanizminin hazırlana biləcəyi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. O, bildirib:
“Qanunverici təşəbbüslərlə çıxmalıyıq. Mən bilirəm ki, belə təşəbbüslər var. Müəyyən bir mərkəz yaradılmalıdır. Onu dövlət nəzarəti kimi qəbul etməyək, sivil yolla nəzarət hesab edək”.
Ekpertlər, eləcə də ziyalılar Azərbaycanda informasiya əldə edilməsi üçün bütün şəraitin olduğu halda, sosial şəbəkələrdən fərqli ampulada istifadəni düzgün saymır.
Millət Vəkili Əflatun Amaşov ombudsamın təqdim etdiyi hesabatda irəli sürülən bu kimi faktların dəqiqləşdirilməli olduğunu deyib:
“İnformasiya əldə etməklə bağlı məsələlərlə əlaqədar ciddi məşğul olunmur. Buna imkan olmur. Hesabatdan da görünür ki, bu məsələ ilə bağlı ombusdmana nə qədər müraciət olunub.
Burada əsas məsələ səhifə və profillər vasitəsi ilə söyüş və təhqirlərin qarşısını almaqdan gedir. Hələlik təklif kimi səsləndirilən bu fikirlərin müzakirə olunub-olunmayacağı bilinməsə də, gələcəkdə xüsusi mexanizmin hazırlanacağına şərait yaradılır".
Xatırladaq ki,bir neçə gün öncə ombudsman Elmira Süleymanova Azərbaycanda aosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsi mexanizminin hazırlana biləcəyi ilə bağlı təkliflə çıxış etmişdi.
İnsan Hüquqları üzrə Müvəkklinin fikrincə, insanların şərəf və ləyaqətini alçaldan ifadələr işlədən və sosial şəbəkələrdə bunu tirajlanlara qarşı xüsusi tədbirlər görülməlidir. Dünyanın bir çox ölkəsində bununla bağlı xüsusi qanunun olduğunu diqqətə çəkən ombudsman eynı addımın Azərbaycan üçün də atılmalı oldu qənaətindədir.
Bir müddət öncə parlamentdə Hikmət Məmmədov da oxşar çıxış etmişdi. O, Transmilli şirkətlərin bu işlərə cəlb olmasını təklif etmişdi.