“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qanun layihəsi barədə Milli Məclisdə məlumat verən Əli Hüseynli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu medalın təsisinin çox önəmli addım olduğunu deyib.
Medalın təsviri barədə məlumat verən millət vəkili bunu tamamilə məqsədəuyğun təşəbbüs hesab edib.
Qanun layihəsi səsə qoyulub. “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi millət vəkilləri tərəfindən qəbul edilib.