24 Aprel 2018 14:45
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İcra Aparatı, İdarə Heyəti, MNTK və bir sıra rayon təşkilatlarının təmsilçiləri Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, BAXCP rəhbərliyi abidə önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxunub.

Ziyarət zamanı çıxış edən BAXCP baş katibi Yaşar Kələntərli bildirib ki, 1918-ci ilin mayında Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Qafqaza gəlməsi, Azərbaycan xalqını erməni və bolşevik hərbi birləşmələrinin soyqırımından xilas etməsi danılmaz tarixi faktdır. Ermənilər isə qondarma iddialarla çıxış edərək, Qafqazda və daha geniş coğrafiyada yaşayan xalqları ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlərdən xilas edən Türk xalqını heç bir əsas olmadan soyqırımında ittiham edirlər. Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin öz həyatları bahasına Azərbaycanda, Dağıstanda yaşayan xalqları ermənilərin qanlı, amansız cinayətlərindən xilas etməsi sübuta yetirir ki, türk əsgəri xilaskardır. O, ayaq basdığı hər yerə ədalət gətirir, məzlumları qoruyur, zalımlara isə layiq olduqları cəzanı verir.

Yaşar Kələntərlidən sonra BAXCP Ali Məclisinin sədri, tarixçi alim Vaqif Abışov Qafqaz İslam Ordusunun keçdiyi yoldan, türk əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarından söhbət açıb.

Daha sonra BAXCP təmsilçiləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın məzarlarını ziyarət ediblər, Əbədi Məşəlin önünə əklil qoyublar, şəhidlərin ruhuna dualar oxuyublar.

Xatırladaq ki, 2007-ci ildən başlayaraq, BAXCP hər il aprelin 24-nü Xilaskar Türk Əsgərinin Anım günü kimi qeyd edir.


Müəllif: Cavad

Oxşar xəbərlər