Müəllimlərin 5 ildən bir sertifikatlaşdırılmasının səbəbi nədir?
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov "Təhsil haqqında" qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
“Müəllimlər 5 ildən bir nə üçün sertifikatlaşdırılır? Bu sertifikatın mahiyyəti islahatdır? Bu sertifikat 5 il qüvvədə olur, 5 il sonra müəllim eyni stressi yaşayır, təkrar imtahan verir. Sertifikatın mahiyyəti islahatdırsda, bu, islahat deyil. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirilsin”.