14 İyun 2018 14:36
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, baş nazirin müavini Əli Əhmədov Ermənistan prezidentinin Dağlıq Qarabağa səfərini qanunsuz adlandırıb və bu qanunsuzluğa görə onun məsuliyyət daşıdığını bildirib.

Ə. Əhmədov deyib ki, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin icazəsiz ora səfəri qanunsuzluqdur: “Bu səfər Minsk qrupunu da hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması üçün səylər göstərən, bəyanatlar verən bütün dövlətləri narahat etməlidir. Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur. Belə olan halda Azərbaycanın razılığı olmadan hər hansı başqa dövlət nümayəndəsinin ərazimizə icazəsiz səfər etməsi qanunsuzdur. Güman edirəm ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar”.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də işğal altındakı Dağlıq Qarabağa səfər edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər