Xarici İşlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.