21 İyun 2018 13:12
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaqla və digər məsələlərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul vəsaiti lazımdır.

Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən götürülüb insanlara verilməsi üçün qanunlara əlavə və dəyişikliklər edib: “Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər