24 İyun 2018 09:02
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir.

Prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Vətən Partiyasından Doğu Perincək, Səadət Partiyasından namizəd Təməl Karamollaoğlu və digər siyasi partiyaların nümayəndələri seçkilərdə qalib gəlmək uğrunda mübarizə aparacaqlar.

Digər siyasi partiyalar parlament seçkilərində mübarizə aparacaqlar.

Seçkilərdə 56 milyon 322 min 632 seçici qeydiyyata alınıb. Seçki məntəqələrində 180065 seçki qutusu qoyulub.

Seçkiləri xarici müşahidəçilər, KİV nümayəndələri də izləyəcək.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb 17:00-dək fəaliyyət göstərəcək.

Səsvermələr başa çatdıqdan sonra namizədlərin topladıqları səslərin hesablanmasına başlanılacaq.


Müəllif: Teleqraf.com