25 İyun 2018 15:32
2 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu gün imzaladığı sərəncamla təltif edilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında şəhid əsgər Adil Tatarov da var.

Teleqraf.com xəbər verir ki, A.Tatarov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd edək ki, Adil Əli oğlu Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub. Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub.

A.Tatarov bu il mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Həmin əməliyyat Günnüt adlanan ərazinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçməsi ilə nəticələnib.

A.Tatarov bundan öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunmuşdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər