Dağlıq Qarabağ münaqişəsi güc tətbiqi üsulları ilə həll oluna bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi "Facebook"da canlı yayım zamanı deyib.
"Ermənistan heç vaxt müharibəyə başlamayacaq, lakin biz həmişə bu ssenariyə hazır olmalıyıq", - deyə o bildirib.
Paşinyan onun baş nazir seçilməsindən sonra Qarabağda “misli görünməmiş vəziyyət yarandığını” açıqlayıb.
“Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdən sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəsüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur”-Ermənistanın baş naziri bildirib.