5 İyul 2018 07:18
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın ABŞ-dan döyüş helikopterləri tədarükünü araşdırır.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan çıxış edib.

Azərbaycanın ABŞ-dan helikopter alması ilə bağlı yayılan məlumatlara şərh verən Tiqran Balayan absurd iddia ilə çıxış edib: “Biz məsələni araşdırırıq. Əldə etdiyimiz məlumatlara görə, ABŞ Azərbaycana döyüş helikopterləri satmır. Sadəcə olaraq, Azərbaycan bu helikopterin lisensiyasını alıb və özü istehsal edir. Bu istehsalı da hərbi məqsədlər üçün həyata keçirmir”.

Qeyd edək ki, iyunun 26-da Bakıda keçirilmiş hərbi paradda ABŞ istehsalı “Bell-412” hərbi helkopterləri nümayiş etdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər