Böyük Britaniya Xarici İşlər Nazirliyinin daimi sekretarı Simon Makdonald Ermənistana səfər edib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində o, Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla görüşüb.
Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi də müzakirə edilib.
Münaqişənin dinc yolla həllində maraqlı olduqlarını bildirən ingilis diplomat bu variantın bölgənin təhlükəsizliyi baxımından məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Mnatsakanyan da Ermənistanın münaqişənin dinc yolla həll edilməsini istədiyini diqqətə çatdırıb: “Hesab edirik ki buna görə də, ATƏT-in Minsk qrupu Qarabağ məsələsnin müzakirəsi üçün ən uyğun variantdır”.