20 İyul 2018 19:26
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında faktiki Rusiyaya yalvararaq deyib ki, Ermənistanın tarixi-strateji müttəfiqi olan Kreml bölgədə müharibənin başlamaması üçün böyük imkanlara malikdir. Paşinyanın sonrakı cümləsi daha maraqlıdır: “Mən inana bilmərəm ki, Rusiya əlində olan imkanlardan istifadə etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin şərhində öz əksini tapıb.
Qeyd olunur ki, N.Paşinyanın sözlərindən iki nəticə çıxır:

“Birinci nəticə odur ki, Qarabağ münaqişəsinin həllində devirdiyi Serj Sərkisyandan heç nə ilə fərqlənməyən Paşinyan Azərbaycan ordusunun növbəti hücum ehtimalını yüksək qiymətləndirir və bundan ciddi narahatdır. İkinci nəticə odur ki, Paşinyan Rusiyanın Azərbaycana təzyiq edəcəyinə inanmaq istəyir.

Paşinyan Belarusun Azərbaycana silah satmasından da xeyli narahatdır. “Kollektiv Təhlüksəzlik Müqaviləsi Təşkilatındakı tərəfdaşımız belə bir addım atmamalıdır” deyən Paşinyan tərəfdar dövlətlər arasında öhdəliklərin dəqiqləşdirlməsinin vacibliyini bildirib. Bu da yersiz açıqlamadır. Belarus Azərbaycana silah satmaqdan imtina etməyəcək. Rusiya imtina etmirsə, Belarus niyə imtina etməlidir? Hələ Qazaxıstanla da hərbi əməkdaşlığı genişləndirib bu ölkədən də müasir hərbi texnika almaq olmaq vacibdir. Bu da reallaşarsa İrəvan indi də Astanaya dişlərini qıcıyacaq”.

Bildirilir ki, N.Paşinyanın narahatlıqları anlaşılandır:

“O, bir tərəfdən Rusiyadan “müharibəyə imkan verməyin” yalvarışını səsləndirərkən, digər tərəfdən “Rusiya hərbi bazasının Ermənistanda heç kimi xəbərdar etmədən atəşlə müşayiət olunan təlimi təxribatdır” deyə açıqlama səsləndirir. Əgər yalvardığın səni saymırsa, başqa istəyinə niyə diqqətlə yanaşmalıdır? Ancaq o da var ki, Kreml həqiqətən Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını, işğal altındakı torpaqların azad olunmasını istəmir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər