3 Avqust 2018 11:40
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 7 ayında Azərbaycanda meşə və çöl ərazilərində 19 yanğın hadisəsi baş verib.

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O bildirib ki, bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.

H.Əlizadə qeyd edib ki, bu il yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki Və Siyəzən rayonlarında qeydə alınıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əlizadə qeyd edib ki, Azərbaycanda meşə və çöl ərazilərində yanğının səbəblərinin 97 faizi insan faktoru ilə bağlıdır.

O bildirib ki, Azərbaycanda meşələrin 85 faizi dağlıq, 15 faizi aran ərazilərdə yerləşir: "Meşələrin çox hissəsinin dağlıq ərazilərdə yerləşməsi səbəbindən həmin ərazilərin öz-özünə yanması çətin məsələdir".

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 12 faizi meşədir: "Yəni, ölkədə meşəlik ərazilər azdır. Bu səbəbdən də həmin meşələrə qayğı ilə yanaşmalıyıq".

F.Əlizadə qeyd edib ki, sonsuzluğa qədər bu yanğınlarla mübarizə aparmaq mümkün deyil: "Vətəndaşlarımız məsuliyyətli olmalıdırlar. Bu sərvətlər hər birimizindir".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər