Rusiya Federasiyasında “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisi və “Milli təhlükəsizlik həftəsi” konfransı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Fuad Məmmədov rəhbərlik edir.
Tədbirlər avqustun 26-dək davam edəcək.