Sabahdan neftin qiymətləri ucuzlaşa bilər.
Teleqraf.com xəbər verir ki, bunu ekspert İlham Şaban deyib.
Ekspert İran ətrafında gedən böhranın neft bazarına mənfi təsir etdiyini bildirib:
“Dünya birjalarına təsir edən amil yenə də ABŞ faktorudur. Dünən ABŞ Enerji Administrasiyası ölkənin həftəlik neft ehtiyatlarına dair ənənəvi hesabatını açıqladı.
Proqnoz belə idi ki, ehtiyatlar 0,7 milyon barel azalacaq. Ancaq reallıqda bu göstərici 2.6 milyon barel oldu. Təbii ki, belə bir azalma tempi dünya birjalarına təsirsiz ötüşməyə bilməzdi. Hazırda birjalar bunun şok effektini yaşayırlar. Hesab edirəm ki, sabah korrektə (stabilləşmə) ola bilər və qiymətlər bir qədər enə bilər. Bu isə İranla bağlı hansısa statistika və ya digər faktorların bazara təsirindən asılıdır”.