28 Aprel 2014 14:29
2 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxs barəsində iddialar irəli sürən hərbi ekspert Üzeyir Cəfərovla bağlı prokurorluğa müraciət edəcəyini bildirib: “Artıq onun barəsində Prokurorluğa təqdim etmək üçün şikayət ərizəsi hazırlamışam”.

Ekspert Üzeyir Cəfərov Hafta.az-a açıqlamasında vəkilin iddiasına cavab verib. Ü.Cəfərov bildirib ki, vitse-admiraln vəkilini məhkəməyə verəcək:

“Adəm Məmmədova uğurlar arzulayıram. Onun əsəbi olmasını da anlayıram. Uzun illər çörəyini yediyi adam özü bu gün həbs olunub. Adəm Məmmədov Şahin Sultanovun xeyli işlərində onu müdafiə edib və kifayət qədər yüksək qonorar alıb. İndi də əlavə qonorar almaq üçün meydan axtarır. Onun dedikləri boş və cəfəng fikirlərdir. Onun özü və müdafiə etdiyi şəxs mənim mətbuatda gedən fikirlərimi diqqətlə oxusun. Adəm Məmmədovu mənə böhtan atdığı üçün məhkəməyə verəcəyəm. Vəkillər Kollegiyasına da müraciət edəcəyəm ki, onunla bağlı tədbir görülsün. Mən heç vaxt Şahin Sultanovu vətənə xəyanətdə, yaxud hansısa məlumatı kiməsə satmaqda günahlandırmamışam. Mən dediyim sözün məsuliyyətini hiss edirəm. Adəm Məmmədov mənim elə bir fikrimi harda görüb?!

Mən gözləyirəm, yaxın günlərdə o prokurorluğa şikayət edən kimi mən onun barəsində iddia qaldıracağam. Görünür, Adəm Məmmədov savadsıdır ki, mətbuatın yazdıqlarını oxuya bilmir. Harda yazılıb ki, mən Şahin Sultanovun şərəf və ləyaqətinə xələl gətirmişəm?! Mən çox arzulayıram ki, Adəm Məmmədov məndən prokurorluğa şikayət etsin, sonrasını mən özüm həll edəcəyəm. Əvvəl törətdikləri əməllərə görə cavab versinlər, sonra belə bu cür hərəkət edərlər. Ayıbdır, özlərini biabır etməsinlər. Mənim dediyim fikirlərdə Şahin Sultanovun adı çəkilmir. Bunlar niyə narahat olurlar?! Orada tamam başqa adamlardan söhbət gedir”.

Qeyd edək ki, bu gün "Yeni Müsavat”da yayımlanan yazıda hərbi eskpert bildirib ki, Hərbi-Dəniz Qüvvələrinin bəzi yüksək rütbəli adamları Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə, ümumiyyətlə ordusu ilə bağlı real vəziyyəti Rusiyaya ötürürlər: "Sabah Müdafiə Nazirliyi bunu da təkzib etsə, mən konkret adları da ictimaiyyətə açıqlayacağam ki, kimlərdir satqınlıqla məşğul olanlar". /Yeni Musavat/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər