Sentyabrın 15-də dövlət tədbiri ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin və vətəndaşların hərəkətinə məhdudiyyət tərbiq olunacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Parlament prospekti, Şəhidlər Xiyabanı, Neftçilər prospekti, Azadlıq meydanı və bura yaxın ərazilərdə dövlət tədbirləri başa çatanadək hərəkət məhdudlaşdırılacaq.