20 Sentyabr 2018 15:46
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Aparat rəhbəri Rаsim Vаqif оğlu Quliyеv vəzifəsindən azad edilib.

Bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə Elgün Həbibullayev təyin olunub. E.Həbibullayev əvvəllər Sumqayıt Şəhər İcra Hakmiyyəti başçısının müavini olub.

E.Əzizovun digər əmri ilə BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin rəhbəri İsmayılov Vahid Cabbar oğlu vəzifəsindən azad edilib. R.Quliyev həmin departamentin rəhbəri təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir. /Report/

***

12:51

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev işdən çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər