20 Sentyabr 2018 16:09
3 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu gün İmam Hüseyn və onun tərəfdarlarına səmimi olaraq matəm tutan insanlara hörmətimi bildirirəm. Sadəcə, o vaxt o qələbə qazansaydı indi biz xoşbəxt bir xalq idik. Çünki ərəb imperiyası paraçalanaraq zəifləyəcəkdi və Azərbaycan işğal olunmayacaqdı.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, İmam Hüseyn qəhrəmanlıq göstərib və şəhid olub:

“Nəticədə Əməvilər sülaləsinın rəhbərlik etdiyi Ərəb imperiyası daha da gücləndi. Müaviyədən sonra xəlifəliyi qanunsuz ələ keçirən Yezid yeni-yeni əraziləri işğal edərək imperiyanı daha da möhkəmlədirdi. Ondan sonra oğlu II Müaviyə xəlifə oldu, daha sonra nəvəsi II Yezid və sair.

Bu, o vaxta qədər davam etdi ki, peyğəmbərin dayısı uşaqları - Abbasilər xilafəti ələ keçidilər və daha 300 il hakimiyyəti möhkəmləndirdilər. Azərbaycanı da işğal etdilər. Bu işğal barədə bizdə susurlar. Amma bu, əsl genosid idi. Minlərlə qız-gəlini yığıb apardılar seks qul etdilər. Kişiləri məhv etdilər. Ağır vergilər qoydular. Heç onları İslamı yaymaq da maraqlandırmırdı. Vergi verənlər dini qəbul etməyə bilərdi”.


Müəllif: Mənsur Rəğbətoğlu