24 Sentyabr 2018 17:34
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-27-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 51-ci iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu tədbirdə QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin üzvü Əflatun Amaşov iştirak edəcək.

İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərdə kiçik sahibkarlığın inkişafı və dəstəklənməsi mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.


Müəllif: Cavad