30 Sentyabr 2018 23:30
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin həlli nəticəyə hesablanmış müzakirələrdən keçir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanın “Starvision” kanalına verdiyi müsahibədə deyib.

Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağ problemi iki ölkə arasındakı gərginliyi artıra və genişmiqyaslı müharibəyə səbəb ola bilər.

“Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün bölgə üçün önəmlidir. Bu problemin müxtəlif həll yolu ola bilər, amma mənə elə gəlir ki, əsas yol nəticəyə hesablanmış danışıqlardır”, - deyə Armen qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər