1 Oktyabr 2018 17:27
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib.

O deyib: "Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək üçün belə bir qanun qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Milli Məclisin spikeri Oktay Əsədov təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib./Musavat.com/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər