2 Oktyabr 2018 11:07
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən xəbərə görə, qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı, sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb.

Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə 2441 ədəd şin qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər