Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Türkiyənin Naxçıvan şəhərinə təyin edilmiş yeni baş konsulu Mehmet Emin Kirazla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş əsnasında Mehmet Emin Kiraz baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.
Pərvin Mirzəzadə baş konsula gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.