Blumberg agentliyi “Dolların hegemonluğuna son” başlıqlı məqalə dərc edib.
Teleqraf.com xəbər verir ki, son dövrlərdə dolların ucuzlaşmasına diqqət çəkən agentlik bunu dünya ölkələrinin ona etibarının azalması ilə əlaqələndirib.
Qeyd edilir ki, Rusiyanın artıq yeni valyuta mənbələri axtarışında olması və dollardan imtina etməsi bu nominalın dünya bazarındakı nüfuzuna ciddi zərbə vuracaq.
Rusiya ilə yanaşı Çin, İran və Türkiyə də dollardan imtina etməkdə maraqlıdırlar. Hətta Fransa daxil olmaqla Avropa Birliyi də dollara alternativ axtarışındadır.
Agentlik vurğulayır ki, Donald Trampın son dövrlərdə “dollar siyasəti”ndən istifadə edərək ölkələrə təzyiq etməsi artıq bu valyutadan imtina zərurətini gündəmə gətirib.