4 Oktyabr 2018 16:05
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Astara Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə Astara rayonunda “Şəhidlik-mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ilahiyyatçı-ekspert Samir Yoldaşov, dini icma sədrləri, din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgə üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkədə dövlətlə din arasında nümunəvi münasibətlərin mövcudluğundan bəhs edib.

O, Astarada Məhərrəmlik və Aşura mərasimlərinin milli-mənəvi dəyərlərimizə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanunvericiliyin tələblərini gözləməklə keçirildiyini bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Emin Mehdiyev İslam dinində şəhidlik və onun mahiyyəti, eləcə də, milli-mənəvi dəyərlərimizdə şəhidliyə münasibət haqqında məruzə ilə çıxış edib.


Müəllif: Cavad

Oxşar xəbərlər