10 Oktyabr 2018 21:22
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurbanov Elçin Müzəffər oğlu 21.02.2018-ci il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.​

Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilmişdir.

​Aparılmış istintaq zamanı Qurbanov Elçin Müzəffər oğlu Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

​Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər