Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşümdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli axtarışlarını müzakirə etdik.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Fransanın “France 24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişənin dinc yolla həlli üçün bir sıra şərtlər razılaşdırılmalıdır.
Paşinyan danışıqlar prosesinin ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin vacibliyini vurğulayıb: “Formatda dəyişiklik yoxdur, bu barədə hansısa tələbimiz də yoxdur”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş, bir neçə gün əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində baş tutub.