12 Oktyabr 2018 21:39
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 11-də açılan “Francofoniya”nın (Fransız Dilində Danışan Ölkələrin Əməkdaşlıq Təşkilatı) növbəti zirvə görüşü Ermənistanın paytaxtı İrəvan şəhərində keçirildi.

Dünyanın 84 ölkəsindən yüz nəfərdən çox nümayəndə heyəti İrəvana toplandı. Lakin büdcəsi kifayət qədər zəif olan bir ölkənin belə bir beynəlxalq tədbiri hansı vəsait hesabına təşkil etdiyi də, başqa bir müzakirə mövzusudur.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” qəzeti yazıb.
Qəzet qeyd edir:

“Əlbəttə ki, Ermənistan zəngin ölkə deyil və belə geniş miqyaslı forum keçirmək üçün ciddi resurslara ehtiyac var. Hazırlıq işlərinə 60-dan çox yerli təşkilat cəlb edilib, işin uğurlu olması üçün könüllü tələbələr hazırlıq prosesinə cəlb edildi.

Eyni zamanda, Ermənistan hakimiyyəti bu məqsədlə nəzərdə tutulan büdcə vəsaitlərinin (təxminən 1 milyard avro) hansı formada xərcləndiyini də açıqlamır. Hesabalayanda xərcin daha böyük olduğu ortaya çıxır, yəni ağır vəziyyəti nəzərə alsaq, bir az qənaət etmək olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər