22 Avqust 2014 12:50
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sabiq prezident Əbülfəz Elçibəyin vəfat günüdür. Klassik Xalq Cəbhəsi və Müsavat partiyalarının üzvləri mərhum prezidentin qəbrini birgə ziyarət ediblər.

Teleqraf.com-un Fəxri Xiyabanda olan əməkdaşının verdiyi məlumata görə, ziyarətə iki partiyadan 100 yaxın insan qatılıb. KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışı zamanı bildirib ki, bu gün Savalanı ziyarət günüdü. O, qeyd edib ki, Əbülfəz Elçibəy böyük bir məktəbin əsasını qoyub.

“Azərbaycan var olanunca bu məktəb yaşayacaq. Əbülfəz Elçibəyin məzarı açıq məbədə çevrilib. İnsanlar həmişə onun məzarını ziyarət edirlər”.

KXCP sədri qeyd edib ki, partiyada mərhum prezidentin ölüm günü ilə bağlı anım tədbiri keçiriləcək.
Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxışı zamanı Əbülfəz Elçibəylə bağlı xatirələrindən danışıb.
“Əbülfəz Elçibəy bizim liderdir. Biz Rəsulzadə və Elçibəy yolunun davamçılarıyıq. Apardığmız bu işlər sonda Azərbayacana uğur gətirəcək”.

Nemət

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər