Bu gündən Türkiyənin Antalya şəhərində Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin birinci qurultayı öz işinə başlayır.
Teleqraf.com xəbər verir ki, bu mötəbər iclasda Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev təmsil edəcək.
Türkiyə Orqan Nəqli Vəqfinin Türkiyənin Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş qurultayda orqan nəqli sahəsində son elmi yeniliklər müzakirə olunacaq, peşəkar inkişaf üçün bu sahədə təcrübə mübadiləsi aparılacaq.
Tədbirdə dünyanın müxtəlif ölkələrinin tibb mütəxəssisləri iştirak edəcək.