22 Avqust 2014 16:54
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsinə AMİP- dən sərt təpki gəlib.

Teleqraf.com xəbər verir ki, AMİP Lideri E.Məmmədovun köməkçisi, partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib ki, bu cür hərəkəti edənlər insalıqdan uzaq, yaramaz və ləntənlənmiş məxluqlardır:

“Bu gün müstəqil bir dövlətin vətənduğumuza, dünyanın ayrılmaz bir parçası olduğumuza, təhlükəsiz və asayişdə yaşadığımıza görə şəhidlərimizə borcluyuq. Şəhidlər bizim müqəddəs məkanımız, inam və güvənc yerimizdir. Tariximizin və mənəviyyatımızın təhqir olunmasına nəinki dövlət, cəmiyyətin özü də sərt münsibət bildirməlidr. Hesab edirəm ki, bu rəzaləti törədənlər tapılib ən ağır şəkildə cəzalandırılacaq”.


Müəllif:

Oxşar xəbərlər