25 Avqust 2014 12:03
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu yaxınlarda İsmayıllı rayonundan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.

O, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. Rəşad Baxşəliyev ölkə Çempionatında bir neçə dəfə birinci və ikinci yerə layiq görülüb.

Ailəsinin bildirdyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

İŞİD-ə qoşulan idmançının fotosunu təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər