Gürcüstan vətəndaşında narkotik vasitə aşkar edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə-marixuana aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.